hia.az
hia.az

Dövlət qulluğuna qəbul imtahanı verənlərə ŞAD XƏBƏR

162 dəfə baxılıb 29-06-2022, 14:55

Dövlət qulluğuna qəbul imtahanı verənlərə ŞAD XƏBƏR


Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

DİM-dən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırılır ki, yuxarıda qeyd olunanlara əsasən, 2022-ci ilin iyul ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşayiət olunur) həyata keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi