hia.az
hia.az

“Made in Türkiye” rəsmiləşir

171 dəfə baxılıb 1-06-2022, 11:20

“Made in Türkiye” rəsmiləşir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə adının Birləşmiş Millətlər Təşkilatı ölkələrində istifadə edilməsi ilə bağlı yazılı müraciət ediləcəyini bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gezete”də dərc olunan məlumatda bildirilir ki, ixrac məhsullarında “Made in Turkey” əvəzinə “Made in Türkiye” ifadəsi işlənəcək.

Türkiyənin beynəlxalq ticarətdə qürur duyduğu məhsullar “Türkiyə” ifadəsi ilə tanıdılaraq dünyaya təqdim ediləcək. Bu çərçivədə “Türkiyə” markasını gücləndirmək üçün edilən səylər daxilində hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiyə” ifadəsi işlədiləcək.

Mənbə: TRT Haber


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi