hia.az

Bu rayonda unun qiyməti qalxıb - VİDEO

373 dəfə baxılıb 19-03-2022, 12:48

Bu rayonda unun qiyməti qalxıb - VİDEO


Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.

Satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.

Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.

Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat olaraq açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi