hia.az
hia.az

AMEA prezidentinin vəzifəsi bu şəxsə həvalə olunacaq

228 dəfə baxılıb 18-02-2022, 18:06

AMEA prezidentinin vəzifəsi bu şəxsə həvalə olunacaq

Xəbər verdiyimiz kimi, sabah saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezindeti Ramiz Mehdiyevin öz müraciəti əsasında vəzifəsindən çıxması məsələsinə baxılacaq.

Onun sözlərinə görə, bu məsələ əvvəl AMEA-nın Rəyasət Heyətində müzakirə olunub və onun müraciətinin qəbul olunması məqsədəuyğun sayılıb. Akademik qeyd edib ki, sabah AMEA prezidentinin vəzifəsinin icrası Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunacaq:

"Nizamnaməyə uyğun olaraq, akademiyanın prezidenti vəzifəsindən getdikdə, seçki keçirilənə qədər onun funksiyalarını birinci-vitse prezident yerinə yetirir. Akademik Arif Həşimov hazırda akademiyanın birinci vitse-prezidentidir və seçkiyə qədər bu funksiyaları o yerinə yetirəcək".

AMEA-ya yeni prezident seçkilərinin nə zaman keçiriləcəyinə gəlincə, İ.Həbibbəyli bu barədə qərar olmadığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi