hia.az
hia.az

"Qaynar Xət"də kimin zənginə cavab verilmirsə..." - Nazir

185 dəfə baxılıb 10-02-2022, 15:24

"Qaynar Xət"də kimin zənginə cavab verilmirsə..." - Nazir

"Qaynar Xət"də kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.

Bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur: "Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunun təmin etmək üçün bütün lazımi addıtlar atılır".

Nazir həmçinin pandemiya dövründə edilən şikayət çoxluğuna da aydınlıq gətirib: “Nəzərə almaq lazım idi ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır. Misal olaraq, Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir. Onlar da test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştamı olan “Omikron”un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayları kəskin sürətdə artır. Bu da istər-istəməz şikayətlərin sayına təsirsiz ötüşmür. Qeyd edim ki, tibb işçiləri axşam saat 9-a kimi işləyir. Ona görə də əhalinin bu məsələdə anlayışlı olmağa səsləyirəm. Amma istənilən halda "Qaynar Xətt"ə daxil olan bütün zənglər cavablandırılır. Kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi