hia.az

Nazir təqaüdə göndərdiyi generalın yerinə onu TƏYİN ETDİ

270 dəfə baxılıb 5-02-2022, 19:46

Nazir təqaüdə göndərdiyi generalın yerinə onu TƏYİN ETDİ

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov bir müddət öncə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazir Vilayət Eyvazovun digər əmri ilə polis polkovniki Elşad Süleymanov Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi təyin edilib.

Elşad Süleymanov bu təyinata qədər Türkiyədəki Azərbaycan səfirliyində eyni vəzifədə olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi