hia.az
hia.az

Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI (YENİLƏNİB)

328 dəfə baxılıb 31-01-2022, 16:28

Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI (YENİLƏNİB)


Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır", - məlumatda bildirilib.

Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.

***

12:41

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

Parlamentinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib. N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi