hia.az
hia.az

Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

352 dəfə baxılıb 26-01-2022, 18:00

Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

Bakıda şagirdlərin sinifdə qeyri-etik davranışlarını əks etdirən videogörüntü ilə bağlı araşdırma yekunlaşıb.

Parlametinsesi.az xəbər verir ki, 165 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi