hia.az
hia.az

Vilayət Eyvazov məşhur polkovniki Bakıda DYP rəisi təyin etdi

332 dəfə baxılıb 7-01-2022, 12:54

Vilayət Eyvazov məşhur polkovniki Bakıda DYP rəisi təyin etdi

Daxili İşlər Nazirliyində(DİN) növbəti kadr dəyişikliyi baş tutub.

Parlamentinsesi.az Manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rafiq məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib.

Qeyd edək ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır, o Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Suraxanı və Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifələrində çalışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi