hia.az
hia.az

Kinoteatrlarda homoseksual səhnələrin nümayişi qadağan olunacaq - Qanun hazırlanır

290 dəfə baxılıb 6-01-2022, 13:23

Kinoteatrlarda homoseksual səhnələrin nümayişi qadağan olunacaq - Qanun hazırlanır

Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina bildirib ki, deputatlar kinoteatrlarda homoseksual səhnələrin qadağan edilməsini nəzərdən keçirirlər. Müvafiq qanun layihəsini baxılmaq üçün komitəyə təqdim ediləcək.

Parlamentinsesi.az RİA Novosti-yə istinadən xəbər verir ki, deputat uşaqların informasiyadan qorunması haqqında qanunun nəzərəçarpacaq dərəcədə köhnəldiyini deyib. "Biz bu qanun layihəsinə dəyişiklik etmək niyyətindəyik. Bu, cinsi sapmalara, filmlərdəki homoseksual səhnələrə də aiddir " deyib.

Plana uyğun olaraq layihə üzərində işlərə Yeni il bayramlarından sonra başlanacaq. "Hesab edirəm ki, indi bu qanunu qəbul etmək və ona dəyişiklik etmək bizim üçün şərəf məsələsidir. Mən bunu özüm etmək niyyətindəyəm "deyə Ostanina fikrini yekunlaşdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi