hia.az
hia.az

İran Qasim Süleymanini öldürənləri edam edəcək

334 dəfə baxılıb 26-11-2021, 12:53

İran Qasim Süleymanini öldürənləri edam edəcək

İran İslam Respublikası və İraqın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin keçmiş komandanı Əbu Mehdi əl-Mühəndisin öldürülməsi üzrə müştərək komitəsi cümə axşamı verdiyi açıqlamada cinayəti törədənlərin tezliklə mühakimə olunaraq öldürüləcəyini bildirib.

Komitənin verdiyi məlumata görə, Qasim Süleymani digər 8 yoldaşı ilə birlikdə 2020-ci ilin yanvarında o zamankı ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə Bağdadda ABŞ ordusu tərəfindən öldürülüb.

Bəyanatda sui-qəsdlə bağlı hüquqi araşdırmanın başa çatdırılması üçün İran və İraq arasında əməkdaşlığın zəruriliyi vurğulanıb. Müştərək komitənin növbəti iclası gələn ay Tehranda keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi