hia.az

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

25 dəfə baxılıb 19-06-2026, 09:53

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb.

“Unian“ xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki gəmiyə hücum edib.

Hücum nəticəsində gəmilərdən birində ekipaj üzvü həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü yaralanıb.

Kiper qeyd edib ki, hazırda gəmilərin hərəkəti bərpa edilib, liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla çalışır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi