hia.az
hia.az

Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

8 dəfə baxılıb 8-04-2026, 16:12

Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

ABŞ İsraillə birgə fevralın 28-dən aprelin 8-dək İrandakı obyektlərə 13 mindən çox zərbə endirib.

Bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, İranın silah zavodlarının 90 %-i məhv edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Yaranmış vəziyyətlə əlaqədar regionun bir sıra dövlətləri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi