hia.az

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

25 dəfə baxılıb 19-03-2026, 12:40

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının 21 iyun, 14 iyul və 9 dekabr 2025-ci il tarixli qanunları ilə Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq vergi orqanı tərəfindən təsdiq edilmiş bəzi normativ sənədlərin yenilənməsi zərurəti yaranıb.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, bu çərçivədə aşağıdakı ərizə formaları yeni redaksiyada təsdiq edilib:

“Fiziki şəxsin uçotu haqqında Ərizə” və ona əlavələr;

“Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında Ərizə”;
“Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında Ərizə”;
Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə Ərizə;
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə;
“Fiziki şəxsin uçotdan çıxarılması haqqında Ərizə”.
Bununla yanaşı, Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə formasının doldurulması qaydası da yeni redaksiyada təsdiq edilib.

Bununla da müvafiq ərizə formaları ilə bağlı əvvəlki illərdə təsdiq edilmiş sənədlər ləğv edilib. Ərizə formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi