hia.az
hia.az

“Ukrayna “Bayraktar”dan qanunsuz şəkildə istifadə edir” - Putin

222 dəfə baxılıb 13-11-2021, 19:51

“Ukrayna “Bayraktar”dan qanunsuz şəkildə istifadə edir” - Putin

“Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mediasına verdiyi müsahibəsində deyib.

“Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir, biz heç vaxt bununla razılaşmamışıq və razılaşmayacağıq”, - deyə Putin qeyd edib.

Bununla yanaşı, V. Putin Ukrayna tərəfindən Donbassda “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə olunmasına da münasibət bildirib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi tərəfindən “Bayraktar” PUA-larından istifadə olunması Minsk razılaşmalarını (Minsk-2) pozur: “Bu pilotsuz aviasiyadır, lakin münaqişə zonasında tətbiq edilən aviasiyadır. Hansı ki, Minsk razılaşmaları və daha sonrakı razılaşmalarla münaqişə zonasında istifadə olunması ciddi şəkildə qadağandır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi