hia.az

Mingəçevir sakinlərinin nəzərinə!

16 dəfə baxılıb 23-02-2026, 08:21

Mingəçevir sakinlərinin nəzərinə!

Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi