hia.az
hia.az

Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir

79 dəfə baxılıb 9-09-2025, 11:05

Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir

Bakı Metropolitenində üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.

F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: "Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi