hia.az

Azərbaycanda xanım prokuror qəzaya DÜŞDÜ

70 dəfə baxılıb 17-03-2025, 11:25

Azərbaycanda xanım prokuror qəzaya DÜŞDÜ

Bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xızı rayonunda “Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlardan birinin Xızı rayon prokuroru Xəyala Aslanova olduğu bildirilir.

X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi