hia.az
hia.az

Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində yanğın söndürülüb

10 dəfə baxılıb 6-03-2025, 13:11

Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində yanğın söndürülüb


Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 540 kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.

Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Sumqayıtda narkomanlar üçün nəzərdə tutulmuş Reabilitasiya Mərkəzində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, Sumqayıtda 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.(APA)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi