hia.az

Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq

45 dəfə baxılıb 3-02-2025, 14:10

Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq

Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını yenidən vurğulayıb.

O, bu açıqlamanı ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Prezident Donald Trampın adanı almaqda maraqlı olmasının "zarafat olmadığı" ilə bağlı səsləndirdiyi fikirdən sonra verib.

"Qrenlandiya bizim ərazimizin bir hissəsidir və satılmır", - M.Frederiksen bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Bununla belə o, Arktikanın strateji əhəmiyyətinin artması ilə bağlı ABŞ-nin mövqeyi ilə razılaşıb.

"Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, biz dialoqa hazırıq", - Baş nazir əlavə edib.

Daha əvvəl Tramp Danimarkanın muxtar ərazisini ABŞ-nin bir hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib və bunun üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni istisna etməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi