hia.az
hia.az

Mütəxəssislərdən “Super qrip” XƏBƏRDARLIĞI

225 dəfə baxılıb 20-10-2021, 12:06

Mütəxəssislərdən “Super qrip” XƏBƏRDARLIĞI

Son günlərdə PCR testlərinin mənfi çıxmasına baxmayaraq, xəstələrdə COVİD-19-a bənzər simptomların artıdığı müşahidə olunur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu yeni xəstəliyi “super qrip” adlandırır. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatının yaydığı məlumata əsasən 18 aylıq təcrid olunmuş həyatdan sonra karantinin yumşaldılması əvvəlki qrip epidemiyalarının təsirini artırıb.

Xüsusilə 15-44 yaş arası xəstələrdə təngənəfəslik, soyuqdəymə və qrip, öskürək kimi bir çox simptomlarda müəyyən bir artım olduğu qeydə alınıb.

“The Telegraph” qəzetinə müsahibə verək Jules Kelli adlı bir qadın yaşadıqlarını belə anladıb: “Boğaz ağrısı və dəhşətli sinus ağrısı ilə başladı. Bu, sadəcə soyuqdəymə deyil, bədənim həqiqətən zəifləyib və ayaqlarım gel kimi kimidir. Sağaldıqdan iki gündən sonra soyuqdəymə daha da şiddətləndi. Bu dəfə öskürək başladı. COVİD-19-dan şübhələndim, ancaq testin üçü də mənfi çıxdı. İki doza vaksin vurdurmuşam, testlərin cavabı neqativ çıxmasaydı, koronavirusa yoluxduğumu düşünərdim”.

İngiltərənin Səhiyyə Səhiyyə Təşkilatının bu ay nəşr etdiyi məlumatlarda da soyuqdəymə və digər tənəffüs yoluxucu xəstəliklərdə əhəmiyyətli bir artım qeydə alınıb.

Mütəxəssislərin açıqlamasına görə, sosial uzaqlaşma, maska taxmaq və əl təmizləyicisi kimi 18 aylıq COVİD-19 məhdudiyyətləri soyuqdəyməyə həssaslığını artıra bilər. Bəzi mütəxəssislər normal səviyyədə virus və bakteriyalara məruz qalmayan insanların bir virusla təmasda olduqdan sonra daha şiddətli simptomlar göstərməsini “immun borcu” adlandırıblar.

Kardiff Universitetinin professoru və soyuqdəymə mərkəzinin keçmiş direktoru Ronald Ekkls hazırda yayılmağa davam edən bu virusun respirator sinsitial virus (RSV) olduğunu düşünür. Əksər insanlarda soyuqdəyməyə bənzər simptomlar olacaq, ancaq iki yaşdan aşağı körpələrdə və yaşlılarda daha ciddi xəstəliklərə səbəb ola bilər. Professorun sözlərinə görə, aylardır davam edən karantin rejimi insanların soyuqdəyməyə səbəb olan viruslara qarşı immunitetini azaldıb. O, "RSV”-nin koronavirusdan daha yoluxucu olduğunu vurğulayıb: “Normal olaraq bu viruslara gündəlik və ya həftəlik olaraq məruz qalırıq. Ancaq indi bir il məşq etməyən idmançılar kimiyik. Birdən bu virusa yoluxduq və immun sistemimiz buna çox reaksiya verməyə başlayıb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi