hia.az

Bayden Putini öldürmək istəyibmiş - ŞOK AÇIQLAMA

51 dəfə baxılıb 28-01-2025, 09:28

Bayden Putini öldürmək istəyibmiş - ŞOK AÇIQLAMA

ABŞ-ın əvvəlki administrasiyası Rusiya ilə “müharibəni sürətləndirmək” istəyib.

Bunu amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbiyə müsahibəsində bildirib.

O iddia edib ki, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhd edib.

Jurnalistin iddiasına görə, bu yanaşmanın fəal tərəfdarlarından biri keçmiş dövlət katibi Entoni Blinken olub.

"Bayden administrasiyasının etdiyi şey Putini öldürməyə çalışmaq idi”, - o iddia edib.

Karlson sui-qəsdin təşkili üçün heç bir sübut və təfərrüat təqdim etməyib.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidentinə sui-qəsd cəhdlərinin edildiyini, lakin bunların hamısının uğursuz olduğunu bildirib. O, təfərrüatları açıqlamayıb. Kreml əmin edib ki, Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi