hia.az
hia.az

Hesabat: Ermənistanın KTMT-də iştirakının dondurulması üçün əsaslar aradan qalxmayacaq

3 dəfə baxılıb Dünən, 10:29

Hesabat: Ermənistanın KTMT-də iştirakının dondurulması üçün əsaslar aradan qalxmayacaq


Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalının az olduğunu hesab edir.

Bu barədə XKX-nin regiondakı hərbi-siyasi vəziyyətə dair ilk hesabatında deyilir.

"Təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin. Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır", - hesabatda qeyd olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi