hia.az
hia.az

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

36 dəfə baxılıb 16-01-2025, 11:50

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.

O, bu təklifi bu gün Düşənbədəki Millət Sarayında Pezeşkianla görüşü zamanı səsləndirib.

Rəhmon qeyd edib ki, bu, ailə bayramı deyil, milli bayramdır.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadiyyat, energetika və mədəni əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıqla bağlı əsas məsələləri müzakirə ediblər. Onlar Tacikistan və İranın nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Danışıqların sonunda əməkdaşlıq haqqında 23 yeni sənəd imzalanıb. Bu sənədlərə "Tacikistan Respublikası Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikası Limanlar və Çay Gəmiçiliyi Təşkilatı arasında “Çabahar” limanından yük tranzitinin inkişafı üzrə əməkdaşlığın həyata keçirilməsi Proqramı", "Tacikistan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında 2025-2027-ci illər üçün sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsinə dair Tədbirlər Planı" və s. daxildir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi