hia.az

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib

69 dəfə baxılıb 18-12-2024, 11:51

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.

Buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.

Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.

Qeyd edək ki, oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi