hia.az
hia.az

Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı

9 dəfə baxılıb 4-12-2024, 10:38

Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı

Cənubi Koreyada altı müxalif partiya Prezident Yun Sol Yola qarşı impiçment prosedurunu başladıb.

Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Qaydalara əsasən, impiçment ilə bağlı təklifə səsvermə məsələnin plenar iclasda nəzərdə keçirilməsindən sonra 24-72 saat ərzində baş tutmalıdır. Sözügedən plenar iclas isə dekabrın 5-i axşam saaatlarında keçirilməlidir. Bu isə o deməkdir ki, impiçmentlə bağlı səsvermə dekabrın 6-da və yaxud 7-də baş tutacaq.

Prezidentə impiçment elan etməklə bağlı təklif sənədini 191 deputat dəstəkləyib.

Qeyd edək ki, ümumilikdə ölkə parlamentində 300 yer mövcuddur, onlardan 108-nə prezidentin “Vətəndaş gücü” partiyası nəzarət edir. İmpiçment üçün deputatların üçdə ikisinin səsi tələb olunur. Təşəbbüs kifayət qədər səs toplayarsa, məsələ baxılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Bu zaman isə 9 hakimdən 6-sı Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləməlidir. Məsələ Konstitusiya Məhkəməsində baxılarkən prezidentin səlahiyyətləri dayandırılacaq və onun öhdəliklərini baş nazir icra edəcək.

Onu da xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə çıxarılıb. Hərbi vəziyyətin lğv edilməsinə isə 190 deputat səs verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi