hia.az
hia.az

“Səylərimiz mütləq 20-25 ildən sonra özünü göstərəcək”

52 dəfə baxılıb 4-12-2024, 09:54

“Səylərimiz mütləq 20-25 ildən sonra özünü göstərəcək”

“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”.

Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsidir: “Hazırda 80-90 faiz civarında uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur.

Məktəbəqədər təhsil üçün göstərdiyimiz səylər mütləq 20-25 ildən sonra özünü göstərəcək. Bizim baxış bucağımız bundan barətdir ki, heç olmasa bir il hər uşaq məktəbəqədər hazırlığa getsin. Hazırda hər 10 uşaqdan 9-u məktəbəqədər təhsilə cəlb olunub”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi