hia.az
hia.az

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

62 dəfə baxılıb 28-11-2024, 14:32

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib.

"Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik", - S.Japarov qeyd edib.

Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin edilməsinə, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək.

O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi