hia.az
hia.az

Ermənistanın himni dəyişir - Hökumət TƏSDİQLƏDİ

56 dəfə baxılıb 28-11-2024, 11:46

Ermənistanın himni dəyişir - Hökumət TƏSDİQLƏDİ

Noyabrın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçirlib.

Parlamentinsesi.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsi təsdiqlənib.

Layihədə himnin, eləcə də onun ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir.

Himninin bir rəsmi versiyasının yaradılması təklif olunur.

“Baş nazir olduğum müddətdə rəsmi tədbirlərdə himn səsləndirilərkən diqqətli oluram və çox uzun zamandır ki, himninin eyni ifa formasına rast gəlməmişəm. Himnə bağlı texniki parametrlər standartı yoxdur”, - deyə baş nazir Nikol Paşinyan məsələyə münasibət bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi