hia.az
hia.az

İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir

35 dəfə baxılıb 20-11-2024, 14:35

İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir

İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir.

Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

"2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə şahidi olduğumuz iqlim faciələri gələcəkdə daha da artacaq", - o vurğulayıb.

Nazir müavini qeyd edib ki, yalnız təsirlərin azaldılması və uyğunlaşma üzrə birgə iqlim tədbirləri bu prosesi dayandıracaq və cəmiyyəti gələcəyə hazırlayacaq.

İdarə nümayəndəsi vurğulayıb ki, İslandiya hökuməti son illərdə təsirlərin azaldılması və uyğunlaşma arasında balanslaşdırılmış yanaşmaya diqqət yetirərək iqlim maliyyəsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi