hia.az
hia.az

Rəsmi Bakı: İtkin düşmüş şəxslərin məsələsinin həllini tapması istiqamətində səylər davam etdiriləcək

53 dəfə baxılıb 19-11-2024, 09:05

Rəsmi Bakı: İtkin düşmüş şəxslərin məsələsinin həllini tapması istiqamətində səylər davam etdiriləcək

Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “İtkin düşmüş şəxslər” adlı BMT qətnaməsinin qəbul olunmasına dair birgə mətbuat məlumatında qeyd olunub.

Bildirilib ki, son illərdə, itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212 mindən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi