hia.az
hia.az

Boliviya Prezidenti Moralesin tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiyini bildirib

57 dəfə baxılıb 2-11-2024, 08:20

Boliviya Prezidenti Moralesin tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiyini bildirib

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər.

Bu barədə hazırkı dövlət başçısı Luis Arse teleqramda bildirib.

“Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyekti ələ keçiriblər, hərbçiləri və onların qohumlarını girov götürüblər və onları öldürməklə hədələyirlər”, – o yazıb.

Arse qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi “dünyanın istənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna qəsd kimi qiymətləndirilir”.

“Demokratik yolla seçilmiş hökumət olaraq, konstitusion səlahiyyətlərimiz çərçivəsində və əhalinin dəstəyi ilə ictimai asayişin bərpasına yönəlmiş tədbirləri həyata keçirməyə davam edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Daha əvvəl silahlı şəxslərin bir hərbi hissəni ələ keçirdiyi, hərbçiləri girov götürdüyü və oradakı silahları ələ keçirdiyi bildirilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi