hia.az

Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA

85 dəfə baxılıb 29-10-2024, 15:15

Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA


Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.

Buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.

Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsinə vergi və fonda borcları yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.

İddiaya hakim Kənan Hüseynov baxacaq.

Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.(lent)



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi