hia.az
hia.az

Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi

54 dəfə baxılıb 4-10-2024, 16:00

Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi


“Sosial şəbəkələrdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan iddialar Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən araşdırılıb”​.

Bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunduğu məlum olub: “Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub.

Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib”.

Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi