İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin öz ərazisini qarşı tərəfdən raketlərlə atəşə tutulmasına cavab ola bilər.
Britaniyanın həftəlik "The Economist" və "Sky News" telekanalı hadisələrin belə ssenarini mümkün hesab edir.
"Əvvəllər İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin generallarını İrana zərbənin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, bu, uğursuz alınıb. Bu gün o, bəlkə də generallara belə addımın üstünlüklərinin olduğunu sübut edə bildi", - “The Economist” yazıb.
İsrail şahinləri də əmindirlər ki, səlahiyyət müddəti başa çatmaq üzrə olan (ABŞ Prezidenti) Cozef Bayden İranın nüvə proqramını geri atacaq və Tehranın qeyri-populyar rejiminə rəhbərlik edən teokratların, hərbi liderlərin nüfuzuna xələl gətirə biləcək kampaniyanı dəstəkləyəcək və ya hətta ona qoşulacaq.
Nəşr qeyd edir ki, İsrail 20 ildir, İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalına hazırlaşır. İsrail ordusu apreldə İsfahandakı hərbi bazada hava hücumundan müdafiə radarını zədələdikdən sonra İrandakı hədəflərin həssas olduğu təəssüratı yarada bilər.
“Sky News” həmçinin hesab edir ki, Netanyahu indi İranın raket hücumundan nüvə obyektlərinə hücum üçün bəhanə kimi istifadə etmək istəyi ilə mübarizə apara bilər və ABŞ-nin dəstəyinə arxalanacaq. Əgər İsrail İslam Respublikası ilə münaqişəni gücləndirsə, Yaxın Şərq ballistik raketlərdən istifadə etməklə müharibə astanasında qala bilər.