hia.az

Bu kolleclərdə yeni təyinatlar - Foto

75 dəfə baxılıb 30-09-2024, 10:43

Bu kolleclərdə yeni təyinatlar - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Elza Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili alıb.

Firuzə Fərmanlı 1994-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi