hia.az
hia.az

"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb

75 dəfə baxılıb 24-09-2024, 08:42

"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb

“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.

Bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.

24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi