hia.az
hia.az

Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilmə - Mədət Hacıyev ÖZƏL

32 dəfə baxılıb 23-09-2024, 12:21



İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "38 nömrəli Yol İstismarı” MMC-nin direktoru Mədət Hacıyev rəhbərliye sədaqət nümunesidir . Mədət Hacıyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Mədət Hacıyev ilə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın "muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, "muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa,

Onu da unutmaq olmaz ki, Mədət Hacıyevin həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Mədət Hacıyev bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Haqqında bəhs etdiyimiz, hansı ki, xarakterik xüsusiyyətinin bir çox göstəriciləri, həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksər vəzifə sahiblərindən fərqlənən və Mədət Hacıyev , bu gün əsl xalq məhəbbətini qazanmış vəzifə sahibidir. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi tam əksəriyyət tərəfindən qəbul olunub, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Mədət Hacıyev , bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxarıb. Adı çəkilən bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Mədət Hacıyev özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı və s. özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.

Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Mədət Hacıyev haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Mədət Hacıyev haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız "ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan "məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, Mədət Hacıyev barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur. Adicə o halın varlığına diqqət yetirək ki, Mədət Hacıyevin daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnlərlək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.
Sonda onuda qeyd etmək istəyirəmki son günlərdə Mədət Hacıyev haqqında mətubatda həqiqətə uyğun olmayan yazılar dərc olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi