hia.az

Narinin anası və qardaşı haqda həbs qərarı verildi

103 dəfə baxılıb 13-09-2024, 08:00

Narinin anası və qardaşı haqda həbs qərarı verildi

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib.

Bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var.

Qeyd olunub ki, Diyarbakır Ədliyyəsində 25 saatlıq sorğu-sualın ardından şübhəlilər cəzaçəkmə müəssisəsinə göndərilib.

Məlumata görə, anası və qardaşı “Qəsdən adam öldürmədə iştirak” maddəsi ilə həbs edilib.

Qeyd edək ki, Narinin cinayəti ilə bağlı 24 şübhəli saxlanılmışdı.

Xatırladaq ki, azyaşlının qətli ilə bağlı istintaq çərçivəsində saxlanılan atası Arif Güran sərbəst buraxılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi