hia.az
hia.az

NİİM-dən müraciət: bunu edənlər cərimələnəcək

11 dəfə baxılıb 9-09-2024, 09:47

NİİM-dən müraciət: bunu edənlər cərimələnəcək

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:

"Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi