hia.az

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

6 dəfə baxılıb Dünən, 15:08

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

"Sülhün coğrafiyası: Qarabağ - Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq" proqramı çərçivəsində Azərbaycana səfərə gələn 20 nəfərlik media mənsubları ilə yanaşı nümayəndə heyəti avqustun 4-də Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.

Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar jurnalistələrə açıqlamasında deyib.

Onun sözlərinə görə, nümayəndə heyətində xüsusilə 44 günlük Vətən Müharibəsi zamanı əmək göstərmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xidmətləri olmuş media nümayəndələri təmsil olunur.

A.Attar qeyd edib ki, bu gün nümayəndə heyəti həm Şəhidlər xiyabanını, həm də Türk şəhidliyini ziyarət ediblər:

"Sabah Qarabağ və Şərqi Zəngəzura səfər edəcək, orada hazırda sürətli şəkildə davam edən bərpa-quruculuq işlərinə, Böyük Qayıdış prosesinə şahid olacağıq".

O, həmçinin Azərbaycana səfəri zamanı hər dəfə sürətli inkişafın şahidi olduğunu da diqqətə çatdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi