hia.az
hia.az

Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək

49 dəfə baxılıb 5-09-2024, 07:53

Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək

Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.

Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

"Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik", - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.

"Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, "Minasız Afrika" tədbirləri keçirəcək", – ÇXR sədri əlavə edib.(TASS)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi