hia.az
hia.az

Kim Çen In PUA-ların istehsalını artırmağı əmr edib

9 dəfə baxılıb 26-08-2024, 09:20

Kim Çen In PUA-ların istehsalını artırmağı əmr edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarında iştirak edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Kim Çen In müdafiə pilotsuz uçuş aparatları ilə tanış olub. Müxtəlif zərbə zonalarında istifadə edilən pilotsuz uçuş aparatları quruda və dənizdə düşmən hədəflərinə hücum etmək üçün nəzərdə tutulub”, - məlumatda qeyd edilib.

Agentlik bildirib ki, PUA-ların sınaqları uğurlu olub.

Şimali Koreya lideri kəşfiyyat və çoxməqsədli zərbə PUA-larının istehsalının genişləndirilməsinin vacibliyinə də işarə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi