hia.az
hia.az

Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı

65 dəfə baxılıb 8-07-2024, 12:08

Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı


“Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır”.

Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasətin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyulması istiqamətində səylərini davam etdirəcək.(Azərtac)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi