hia.az
hia.az

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür

35 dəfə baxılıb 29-06-2024, 07:52

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.

Günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.

Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.

Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.

AVRO-2024

1/8 final

29 iyun

20:00. İsveçrə - İtaliya

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

23:00. Almaniya - Danimarka

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi