hia.az
hia.az

Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL

9 dəfə baxılıb 25-04-2024, 15:17

Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. “Lent.az”ın məlumatına görə, Hadisə Goranboy rayonunun Xoylu kəndində baş verib. Belə ki, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb.

Qaçırılan qızın (şərti ad: S.T) atası (şərti ad: N.T) Bizim.Media-ya bildirib ki, qız təhvil alınıb və bu gün məktəbə gedib:

“Qaçıran şəxsi polis saxlayıb və cəzası veriləcək. Biz həmin ailəni məhkəməyə verəcəyik. Qızım travma alıb. Qaçıran şəxs qohum deyil, yad adamdır. Qızı gəlib həyətdən qaçırıblar, elə həmin gün də tapıb evə gətirdik. Qaçıranların kimliyinə gəlincə isə özləri zəng edib məlumat verdilər deyə, tapa bildik”.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub.

Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi