hia.az

Müəllim dəm qazından boğulub öldü

134 dəfə baxılıb 28-02-2024, 09:39



Fevralın 27-nə keçən gecə Yevlax rayon Nərimanabad kəndində 62 yaşlı Zöhrə Səfərova yaşadığı evdə dəm qazından boğularaq vəfat edib.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən qadın həmin kəndin orta məktəbinin ibtidai sinif müəllimi olub.

Z.Səfərovadan xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gediblər və vəfat etdiyini görüblər.

İlkin ehtimala görə, Z.Səfərova otaqda quraşdırılmış qazla işləyən qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi