hia.az
hia.az

Fermerlər Belçika-Niderland sərhədində bir neçə məntəqəni bağlayıb

46 dəfə baxılıb 2-02-2024, 14:05

Fermerlər Belçika-Niderland sərhədində bir neçə məntəqəni bağlayıb


Belçikada etiraz aksiyası keçirən fermerlər ölkə ilə Niderland arasında sərhəd məntəqələrini bağlayıblar.

Bu barədə məlumatı Belçikanın “Le Soir” qəzeti yayıb.

Məlumata görə, fermerlər əsas olaraq Niderlandın Bergen op Zoom, Breda, Eindhoven şəhərləri ilə Belçikanın nəhəng Antverpen limanını birləşdirən yolları bağlayıblar.

Etirazçıların aksiyanı davam etdirmək üçün iki ölkə sərhədində bir neçə postda yerləşdiyi bildirilir.

Bununla yanaşı, aksiya səbəbindən Belçikanın şimal hissəsində əsas avtomobil yollarında hərəkət çətinləşib.

Qeyd edək ki, son günlər Avropa İttifaqı ölkələrində fermerlərin etirazları artır. Aksiya iştirakçıları ümum-Avropa aqrar siyasətini dəyişməyi, onlara tətbiq edilən çoxsaylı məhdudiyyətləri ləğv etməyi tələb edirlər. Belçikada isə aksiyalara səbəb fermerlərin öz gəlirlərinin azalması və ekoloji normaların sərtləşdirilməsi ilə bağlı narazılıq etməsidir. Fevralın 1-i fermerlər paytaxt Brüsseldə 1300-ə yaxın traktorla Avropa məhəlləsi adlandırılan ərazini bağlayıblar. Onlar aksiya zamanı Avropa parlamentinin binasına yumurta atıblar. Hadisə zamanı 6 nəfər saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi