hia.az
hia.az

Ərdoğan bu gün Rəisini Ankarada qəbul edəcək

75 dəfə baxılıb 24-01-2024, 13:11

Ərdoğan bu gün Rəisini Ankarada qəbul edəcək

İran prezidenti İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya rəsmi səfər edəcək.

Ərdoğan və Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.

Görüşdə Türkiyə-İran münasibətlərinin bütün aspektləri, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Qəzza məsələsi ilə yanaşı regional məsələ də gündəmdədir.

Türkiyə tərəfinin bildirdiyinə görə, ikitərəfli münasibətlərin müqavilə bazasının daha da möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması planlaşdırılır.

İran prezidentinin rəsmi saytı da öz növbəsində bildirir ki, rəsmi qarşılanma mərasimindən sonra Rəisinin Aksaray sarayında Ərdoğanla təkbətək söhbəti, İran-Türkiyə Əməkdaşlıq Ali Şurasının iclası keçiriləcək, əməkdaşlıq sənədləri imzalanacaq, daha sonra iki ölkə lideri birgə mətbuat konfransı keçirəcək.

İran prezidentinin Türkiyəyə səfəri ötən il noyabrın sonuna planlaşdırılsa da, təxirə salınmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi