hia.az
hia.az

Kim Çendən tarixi addım: Yapon baş nazirə məktub...

44 dəfə baxılıb 6-01-2024, 12:13

Kim Çendən tarixi addım: Yapon baş nazirə məktub...

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 110 nəfərə çatıb.

Bu barədə “Kyodo” agentliyi məlumat verib.

Şimali Koreya lideri Kim Çen İn də baş vermiş faciə ilə bağlı Yaponiya Baş naziri Fumio Kişidaya başsağlığı verib.

Kim Çen İn məktubunda zəlzələdən zərər çəkən insanların qısa müddətdə stabil həyata qayıdacaqlarına ümid etdiyini bildirib.

Şimali Koreya lideri baş nazir Kişida, eləcə də həlak olan və xəsarət alanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Şimali Koreyanın rəsmi məlumatlarını izləyən “Radio Press” agentliyinin məlumatına görə, bu, Kim Çen İnin Kişidaya ünvanladığı ilk məktubdur. Çünki hər iki ölkənin diplomatik əlaqələri yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi